
“Sabah” rusiyalı mütəxəssislə müqavilə imzaladı
- 28 Apr 2022 17:31
- 488
“Sabah” yeni analitiklə anlaşıb. Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı mütəxəssis Nikita Vasyuxinlə 1 illik müqavilə bağlanıb.
Vasyuxin karyerası ərzində Rusiyanın “Zenit” (2017-2021), “Rubin” (2021) və “Akron” (2022) klublarında analitika departamentinin rəhbəri vəzifəsində çalışıb.