photo

“Sabah” rekordunu təkrarladı

  • 2019-12-05 12:42
  • 88

Bakının “Sabah” klubu Azərbaycan kubokunun 1/8 finalında “Ağsu”nu 5:0 hesabı ilə məğlub edib.

Rekord.az xəbər verir ki, bu, klub tarixinin ən böyükhesablı qələbəsinin təkrarıdır. 

Paytaxt təmsilçisinin ən böyük fərqlə qələbəsi 5 topla olub. Üçüncü dəfə eyni fərqlə qalib gələn komanda bu matçların hamısında 5:0 hesabına sevinib.

2017-ci ildən rəsmi yarışlarda iştirak dən komanda Birinci divizionda oynadığı 2017/18 mövsümündə belə qələbələr qazanıb. 2017-ci il oktyabrın 15-də “Zaqatala”nı qəbul edən “Sabah” 5 cavabsız qolla qalib gəlib. 2018-ci il martın 19-da isə eyni hesab “Binə”ylə görüşə təsadüf edib.

Son xəbərlər