
"Sabah" rəhbərliyi Murad Musayevdən Krasnodar səfəri haqda danışıb
- 08 Mar 2022 13:00
- 1083
Bu yaxınlarda mətbuatda "Sabah"ın baş məşqçisi Murad Musayevin yenidən "Krasnodar"a dönəcəyi ilə bağlı məlumatlar yayıldı. Hətta belə iddialar da irəli sürüldü ki, Musayev Krasnodara səfəri zamanı klub rəhbərliyi ilə də görüşüb.
Rekord.az-ın əldə etdiyi məlumata görə, Musayev Bakıya döndükdən sonra "Sabah" rəhbərliyi onunla görüşüb yayılan məlumatlar ətrafında müzakirə aparıb.
Eyni zamanda, ona "Sabah"la qüvvədə olan müqaviləsinin olduğu xatırladılıb. Musayev isə rəhbərliyi əmin edib ki, "Krasnodar" rəhbərliyi ilə keçidlə bağlı hər hansı söhbət aparmayıb və "Sabah"la olan müqaviləsinə sadiqdi.