
“Sabah” haqqında kifayət qədər məlumatımız var” - Riera
- 09 İyl 2025 19:45
- 42
Sloveniyanın "Çelye" komandasının baş məşqçisi Albert Riera "Sabah"a qarşı keçirəcəkləri UEFA Avropa Liqası matçından öncə fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, bu gün Bakıda baş tutmuş mətbuat konfransında meydana qələbə üçün çıxacaqlarını bildirib:
"Sabah" haqqında kifayət qədər məlumatımız var. Dəyişikliklər var. Ümid edirəm ki oyunumuza yaxşı təsir edəcək. Rəqibə hörmət edirik. Kifayət qədər gücümüz var. Oyundan əvvəl komandaarı müqayisə etmək istəməzdim".
"Sabah" Avropa Liqasının 1-ci təsnifat mərhələsində Sloveniyanın "Çelye" ilə üz-üzə gələcək. İlk görüş iyulun 10-da "Bank Respublika Arena"da baş tutacaq. Cavab görüşü iyulun 17-də keçiriləcək.