“Sabah” Rocer Roxasla yollarını ayırıb. 

Rekord.az xəbər verir ki, honduraslı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Roxas bu ilin avqust ayından bu komandanın uğurları üçün çalışırdı. 29 yaşlı futbolçu “Sabah”da keçirdiyi 13 oyunda (11 Premyer Liqa, 2 ölkə kuboku) 2 qola imza atıb.

“Sabah” Roxasa gələcək karyerasında uğurlar arzulayıb.