
Sabah AFFA İcraiyyə Komitəsi legioner limitini müzakirə edəcək
- 28 Apr 2022 21:00
- 482
Aprelin 29-da Bakı Olimpiya Stadionunda AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Rekord.az xəbər verir ki, saat 13:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Birinci Divizionda çıxış edən komandalarla bağlı müzakirə
2. Legioner limitinin müzakirəsi
3. Azərbaycan çempionatında əvəzetmə sayının artırılması
4. AFFA-nın Yoxlama və Təftiş Komitəsi ilə bağlı müzakirə
5. Digər məsələlər