
Rüstəm Əhmədzadə: "Şansımız o qədər də yüksək olmasa da..." MÜSAHİBƏ
- 07 May 2023 13:00
- 521
"Zirə"nin və Azərbaycan millisinin üzvü Rüstəm Əhmədzadə "Şamaxı" üzərindəki 3:0-lıq qələbədən sonra Rekord.az-a müsahibə verib:
- Bugünkü oyundan başlayaq. Təəssüratların...
- Yaxşı oyun oldu. Baxmayaraq ki, bu oyuna qədər istədiyimiz nəticələri əldə edə bilməmişdik, amma sübut etdik ki, sona qədər münarizəmizi davam etdirəcəyik.
- Bugünkü oyunu qışdan sonra "Zirə"nin ən yaxşı oyunu adlandlrmaq olar?
- Düşünürəm ki, bu günə qədər başqa yaxşı oyunlarımız da olub. Sadəcə, bu, nəticədə öz əksini tapmayıb. Məsələn, "Səbail"lə, "Qarabağ"la oyunlarımızı qeyd edərdim. Hansı ki, məğlub olsaq da, məğlubiyyətə layiq deyildik. Xatırlamadığım başqa oyunlar da olub.
- Bəs istədiyiniz nəticələri qazanmağa nə mane olub?
- Mən öyrəşmişəm ki, istənilən halda səbəbi özümüzdə axtarım.
- Öz oyununu necə qiymətləndirərdin. Etiraf edək ki, cari mövsüm səndən həm klubda, həm də millidə daha çox şey gözlənilirdi...
- Bəli, razıyam. Özüm də öz üzərimdə çalışıram və sakit şəkildə öz oyunumu daha da yaxşılaşdırmağa çalışarm. Eyni zamanda, düşünürəm ki, bu məsələdə düzgün yoldayam.
- Azərbaycan çempionatının hazırkı səviyyəsi haqda nə deyə bilərsən?
- Yaxşı çempionatdı. Komandala arasında böyük fərq yoxdur. Bu isə çempionatı maraqlı edən cəhətdir.
- "Zirə"nin avrokuboklara düşmək şansını necə qiymətləndirərdin?
- Şansımız o qədər də yüksək olmasa da, sona qədər mübariəz aparacayıq. Son turda, son fitdən sonra hər şeyin necə olacağını görəcəyik.
- "Zirə"dəki gələcək taleyini necə görürsən?
- Mövsümün sonunda icarə müddətim başa çatır və müqavilə ilə məxsus olduğum "Qarabağ"ın düşərgəsinə dönəcəm. Gələcək taleyimin necə olacağı da yayad bilinəcək. Məlum olacaq ki, "Qarabağ"a lazım olacam, yoxsa özümə başqa komanda axtarmalıyam.
Anar XANLAROV, Şamaxı