Rusiyanın ən böyük stadionu hesab olunan "Lujniki"nin qazonunda ciddi problem əmələ gəlib.

Rekord.az xəbər verir ki, Moskvada yerləşən 81 minlik arenanın qazonu çox yararsız vəziyyətə düşüb.

Hətta Rusiya çempionatının bu arenaya təyin olunan oyunları da başqa arenalara keçirilib.

Qazonun yalnız aprel ayının 10-da istifadəyə yararlı olacağı güman edilir.