Rusiya Premyer Liqasında mübarizə aparan “Ural”ın prezidenti Qriqori İvanov yüksək liqada komanda sayının artırılmasını vacib sayır.

Rekord.az xəbər verir ki, İvanov Rusiya millisinin sabiq üzvü Dmitri Bulikinin komanda sayının 18-ə çatdırılması təklifini dəstəklədiyini bildirib.

“Sportu den za dnem” nəşrinə açıqlamaslnda o, bunları deyib: “Liqanın əhatə dairəsini genişləndirməliyik. Bizim böyük ölkəmiz var və yüksək liqada oynamağa layiq komandalarımız var. 16 komanda bizim üçün katastrofik dərəcədə azdır. Əlbəttə, 18 komanda ideyasını dəstəkləyirəm”.