İsveçin "Hekken" klubu Rusiyanın "Pari NN" klubunda forma geyinən Lars Larsonu heyətinə qatmağa hazırlaşır.

Rekord.az xəbər verir ki, İsveç təmsilçisi hazırda bu futbolçunun xidmətindən icarə qaydasında istifadə edir.

Larsen  Rusiya - Ukrayna müharibəsi başlayandan sonra FİFA-nın məlum qərarı ilə usiya klubunu tərk edib İsveçə yollanıb. Onun "Hekken"lə icarə müqaviləs bu ilin iyununda başa çatır. İsveç təmsilçisi ilə Rusiya klubu ilə danışıb futbolçunun transfer hüququnu birdəfəli almaq istəyir.