Rusiya I liqasının "Baltika" - "Rubin" matçı öncəsi maraqlı məlumat yayılıb.

Rekord.az xəbər verir ki, Kalininqrad təmsilçisinin mətbuatb xidmətinin məlumatına görə, oyun üçün satışa çıxarılan 35 000 biletin hamısı satılıb.

Bir sözlə, oyun güün anşlaq olacaq. Bu isə Rusiya futbol tarixində nadir görülən hadisələrdəndir. Üstəlik, Rusiya futbolunun sanksiya ilə üzləşldiyi bir dönəmdə I liqa oyununa 35 min biletin satılması çoxları tərəfindən təəccüblə qarşılanıb.