"Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runi komandanın oyunçusu Kriştiano Ronaldonun onun haqqında açıqlamasına reaksiya verib.

Rekord.az xəbər verir ki, ingiltərəli hücumçu "The Sun"a açıqlamasında Ronaldonun onu paxıl adlandırmasına belə cavab verib:

"Deyərdim ki, Ronaldoya həsəd aparmayan futbolçu yoxdur. Onun karyerası, qazandığı kuboklar, qazandığı pullar...qarın azələsi! Yəqin ki, Lionel Messidən başqa bütün futbolçular Kriştianoya paxıllıq edir". 

Qeyd edək ki, Runi bundan əvvəlki açıqlamasında Ronaldonun əvvəlki kimi oynamadığını demişdi. Daha sonra o, "Liverpul"un keçmiş futbolçusu Ceym Karraqerlə birgə foto paylaşıb. Ronaldo isə paylaşımın şərh bölməsinə "İki paxıl" rəyini yazıb.