Rövşən Nəcəf Canni İnfantinonu təbrik edib
- 22:00
- 40
AFFA prezidenti Rövşən Nəcəf Canni İnfantinoya FIFA prezidenti seçilməsinin 10 illiyi münasibətilə təbrik ünvanlayıb.
Rekord.az xəbər verir ki, bu baədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
"Hörmətli Prezident Canni İnfantino, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası adından sizi FIFA prezidenti seçilməyinizin 10 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Son on il ərzində sizin liderliyiniz futbolun qlobal liderliyini daha da möhkəmləndirmiş və dünya üzrə üzv assosiasiyalar üçün əhəmiyyətli inkişaf imkanlarını genişləndirmişdir. FIFA ilə əməkdaşlığımız Azərbaycan futbolunun inkişafında real və ölçülə bilən irəliləyişlərlə nəticələnmişdir", - deyə AFFA rəhbəri bildirib.
Canni İnfantino 2016-cı ilin fevral ayından FIFA-nın prezidenti kimi çalışır.