
Rövnəq Abdullayev “Alanyaspor”un prezidenti ilə görüşdü
- 25 May 2022 16:15
- 484
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA-nın prezidenti Rövnəq Abdullayev Türkiyənin “Alanyaspor” Futbol Klubunun prezidenti Hasan Çavuşoğlu ilə görüşüb.
Rekord.az xəbər verir ki, görüş zamanı AFFA ilə “Alanyaspor” klubu arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, futbolun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.