"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo oğlunun arzusu barədə danışıb.

Rekord.az xəbər verir ki, Kriştianonun oğlu atasının karyerasını bitirməsini istəmir.

O, atası ilə eyni komandada oynamaq niyyətindədir: “Oğlum mənə belə deyir: “Ata, daha bir neçə il gözlə, mən səninlə oynamaq istəyirəm”.

Xatırladaq ki, Ronaldo 2021-ci ilin yayında "Yuventus"dan "Mançester Yunayted"ə qayıdıb.

Bu mövsüm forvard İngiltərə Premyer Liqasında 23 matçda iştirak edib, 9 qol vurub və 3 məhsuldar ötürmə verib.

Ronaldonun ingilis klubu ilə müqaviləsi 2023-cü ildə başa çatır. “Transfermarkt” portuqaliyalı oyunçunu 35 milyon avro dəyərində qiymətləndirir.