
Ronaldo İspaniyada ikinci klinikasını açdı
- 19 Avq 2021 13:43
- 527
"Yuventus"un hücumçusu Kriştiano Ronaldo saç əkimi biznesini inkişaf etdirməyə davam edir.
Rekord.az "Forbes"ə istinadən xəbər verir ki, portuqaliyalı oyunçu İspaniyanın Marbella şəhərində bununla bağlı ikinci klinika açıb.
Klinikanın sahəsi 4 min kvadratmetrdir və burada 100-ə yaxın insan çalışacaq. Klinikada 15 funksional otaq - əməliyyat otaqları, müalicə otaqları, müxtəlif həkimlərin məsləhətləşmələri və kabinetləri olacaq.
Qeyd edək ki, Ronaldo ilk klinikasını 2019-cu ildə Madriddə açıb. O, vaxtdan bəri 6 mindən çox insan klinikaya müraciət edib.