
Romal Hüsenovun qardaşına I Divizionda iş verdilər
- 18 Fev 2022 15:00
- 1204
I Divizionun iddialı komandalarından olan MOİK-də yeni təyinat gerçəkləşib.
Rekord.az xəbər verir ki, sabiq futbolçu Zeynalabdin Hüseynov komandaya köməkçi məşqçi təyin olunub.
Qeyd edək ki, Zeynalabdin veteran futbolçu, millimizin sabiq üzvü Romal Hüseynovun qardaşıdır və vaxtı ilə özü də həm MOİK-də, həm də elitada çıxış edən bir sıra klubların formasını geyinib.