“Roma”dan “Beşiktaş”a
- 13:20
- 28
Türkiyənin "Beşiktaş" klubu heyətinə yeni qapıçı cəlb edib.
Rekord.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi İtaliyanın "Roma" komandasına məxsus olan Devis Vaskesi cari mövsümün sonunadək icarəyə götürüb.
"Beşiktaş" 27 yaşlı kolumbiyalı futbolçunu almaq hüququna da malikdir.
Qeyd edək ki, Devis Vaskes 2025-ci ilin yayında "Roma"ya keçib.