"Roma"nın futbolçusu Temmi Abraham "Bayer"lə Avropa Liqasının ilk yarımfinal oyunundan (1:0) sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, final istəyini və iddiasını gizlətməyib: "Çox çətin oyun oldu, amma şadam ki, qələbə qazandıq. Özü də möhtəşəm azarkeşlərimizin qarşısında. Qələbə çətin oldu, amma səfər oyunu daha çətin olacaq. Həmin oyunda da ilk oyundakı kimi qələbə qazanmalıyıq. Qol vurmaq hər zaman xoşdur, amma ilk növbədə komandama fayda verməyim önəmlidir. Mən sadəcə, qələbə qazanmaq və finala çıxmaq istəyirəm".