"Səbail"in qapıçısı Aleksanr Rıbka Ukraynadan təklif alıb.

Rekord.az-a daxil olan məlumata görə yüksək liqa komandalarından biri Kiyev "Dinamo"sunun sabiq qapıçısına təklif göndərib.

Lakin Rıbka "Səbail"lə müqaviləsi olduğunu və mövsümün sonuna kimi bu kluba oynamaq istədiyini bildirib.

Görünür qapıçı ağır zədədən sonra ona sahib çıxan klubun yaxşılığını unutmayıb.