Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Misli Premyer Liqasının 2-ci və 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

12.08.2022-ci il tarixində Misli Premyer Liqasının II turunun “Zirə” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

13.08.2022-ci il tarixində Misli Premyer Liqasının II turunun “Sumqayıt” – “Qarabağ” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
 
13.08.2022-ci il tarixində Misli Premyer Liqasının II turunun “Səbail” – “Turan Tovuz” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).
 
20.08.2022-ci il tarixində Misli Premyer Liqasının III turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
 
20.08.2022-ci il tarixində Misli Premyer Liqasının III turunun “Sabah” – “Neftçi” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).
 
21.08.2022-ci il tarixində Misli Premyer Liqasının III turunun “Zirə” – “Sumqayıt” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).
 
21.08.2022-ci il tarixində Misli Premyer Liqasının III turunun “Zirə” – “Sumqayıt” oyununda “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov hakimlərin işinə nümayişkaranə şəkildə müdaxilə etdiyi üçün xəbərdarlıq edilir.
 
21.08.2022-ci il tarixində Misli Premyer Liqasının III turunun “Kəpəz” – “Qəbələ” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).
 
24.08.2022-ci il tarixində I Divizionun I turunun “Turan Tovuz-2” – “Şamaxı-2” oyununda oyun öncəsi “Şamaxı-2” klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 62.1).
 
24.08.2022-ci il tarixində I Divizionun I turunun MOİK – “Zaqatala” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2).
 
24.08.2022-ci il tarixində I Divizionun I turunun MOİK – “Zaqatala” oyununda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur (maddə 59.4).
 
25.08.2022-ci il tarixində I Divizionun I turunun “Mingəçevir” – “Neftçi-2” oyununda xərəkdaşıyan şəxslərin say limiti pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur (maddə 64.1).
 
25.08.2022-ci il tarixində I Divizionun I turunun “Qəbələ-2” – “İmişli” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2).
 
25.08.2022-ci il tarixində I Divizionun I turunun “Qəbələ-2” – “İmişli” oyununda oyun öncəsi “İmişli” klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 62.1).
 
25.08.2022-ci il tarixində I Divizionun I turunun “Qəbələ-2” – “İmişli” oyununda “İmişli” klubu stadiona təyin olunan vaxtdan gec gəldiyi üçün klub 80 manat cərimə olunur (maddə 54).
 
25.08.2022-ci il tarixində I Divizionun I turunun “Qaradağ Lökbatan” – “Səbail-2” oyununda oyun öncəsi “Qaradağ Lökbatan” klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 62.1).
 
25.08.2022-ci il tarixində I Divizionun I turunun “Qaradağ Lökbatan” – “Səbail-2” oyununda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur (maddə 59.4).
 
25.08.2022-ci il tarixində I Divizionun I turunun “Qaradağ Lökbatan” – “Səbail-2” oyununda “Səbail-2” klubu vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 54).
 
21.05.2022-ci il tarixində U-17 Liqasının İCBFA – “Xan Lənkəran” oyununda İCBFA komandasının 88 nömrəli futbolçusu Sahil Haqverdiyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).