Polşa Ekstraklasasında 23-cü turun oyunları keçirilir. 


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geydiyi “Motor” evdə “Korona” ilə qarşılaşıb.


Görüş “Motor”un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Renat 82-ci dəqiqədə meydana buraxılıb.


Dadaşovun komandası hazırda 30 xalla 11-ci pillədə qərarlaşıb.