Cari mövsümü özünü yaxşı tərəfdən göstərən və milli komandaya da dəvət alan Rəhim Sadıxovun “Sumqayıt”da qalıb-qalmayacağı iyunun sonunda bilinəcək.

Rekord.az xəbər verir ki, rəhbərlik Sadıxovu yaxşı məbləğ müqabilində satmaq variantını götür-qoy edir.

Çünki Rəhimi öz heyətində görmək istəyən komandalar var. Lakin hələlik “DSumqayıt” rəhbərliyi özləri üçün ən ideal vəziyyəti götür-qoy edir. Məsələ ilə bağlı qərar iyunda veriləcək.