
"Region Liqası"nda ayrılıq: lider komandanın baş məşqçisi getdi
- 2022-01-25 14:00
- 577
Region Liqasında mübarizə aparan Quba "Şahdağ"ında gözlənilən istefa reallaşıb.
Rekord.az xəbər verir ki, komandanın baş məşqçisi Qəzənfər Abbasov tutduğu postdan istefa verib.
İstefaya səbəb maliyyə problemidir. Belə ki, rəhbərlik 3 aya yaxındır futbolçuların maaşını verə bilmir ki, bu da baş məşqçinin bu cür qərar verməsinə səbəb olub.