
"Region Liqası"na azarkeşlər buraxılacaq?
- 15 Okt 2021 17:00
- 714
Oktyabr ayının sonuna kimi "Region Liqası" yarışlarının da başlanması gözlənilir.
Rekord.az xəbər verir ki, turnirdə daha çox bölgə komandaları iştirak edəcəyindən oyuna azarkeşlərin buraxılıb-buraxılmayacağı daha çox maraq doğurur.
Əldə etdiyimiz məlumata görə, AFFA Premyer Liqa və I Divizionda olduğu kimi, "Region Liqası"na da azarkeşlərin girişini təmin edəcək. Lakin komandalara ciddi şəkildə xəbərdarlıq olunub ki, pandemiya qaydaları qorunmalıdır. Eyni zamanda, stadiona tutumun 50 faizindən artıq azarkeş buraxılması qadağaındır.