İki dəfə təxirə salınan "Region Liqası"nın yeni mövsümü bu ay start götürəcək.

Rekord.az xəbər verir ki, AFFA ilk turun oyunlarını noyabrın 13-ə təyin edib.

Qeyd edək ki, daha öncə komandalara verilməsi nəzərdə tutulan formalar xaricdən gəlib çıxmadığı üçün AFFA iki dəfə turnirin startını təxirə salmışdı.