Dünən ölkə kubokunun ilk yarımfinal matçında səfərdə "Turan Tovuz"a 0:1 məğlub olan "Neftçi"nin baş məşqçisi Regekampfl rəhbərlikdən ciddi qınaq eşidib.

Rekord.az-a daxil olan məlumata görə, ortaya qoyulan oyunun ürəkaçan olmaması baş məşqçinin diqqətinə çatdırılıb.

Eyni zamanda bildirilib ki, cavab oyununda mərhələ keçilməsə, rumıniyalı məşqçi ilə yollar böyük ölçüdə ayrılacaq.