
"Real"ın vitse-prezidenti "Mançester Siti"ni finala layiq sayır
- 18 May 2023 15:45
- 371
"Real"ın vitse-prezidenti, İspaniya futbolunun canlı əfsanələrindən olan Emilio Butrageno komandanın Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"yə məğlub olaraq, mübarizəni dayandırmasını şərh edib.
Rekord.az xəbər verir ki, UEFA-nın rəsmi saytına açıqlama verən Butragenio qısa danışıb: "Hər şeydən öncə, "Mançester Siti"ni təbrik etmək lazımdır. Onlar bizdən güclü idilər və finala çıxmağa layiq idilər".