Madrid “Real”ı La Liqanın 10-cu turunda qarşılaşacağı “Vilyarreal”la oyuna ciddi itkilərlə çıxacaq.

Rekord.az xəbər verir ki, paytaxt klubunun futbolçuları Serxio Ramos, Kərim Benzema, Kasemiro, Luka Yoviç, Alvaro Odriosola və Federiko Valverde qarşıdakı oyunda iştirak etməyəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belə ki, adları çəkilən futbolçular “Vilyarreal”la matç üçün açıqlanan iştirak ərizəsinə daxil edilməyib. Kasemiro koronavirusdan yenicə sağaldığı və oynamağa hazır olmadığı üçün qarşıdakı görüşü buraxacaqsa, Yoviçin ötən gün götürülmüş COVİD-19 testi pozitiv çıxıb. Digər oyunçular isə zədə səbəbindən komandasına kömək edə bilmir.

Qeyd edək ki, bu gün keçiriləcək “Vilyarreal” - “Real” matçına Bakı vaxtı ilə 19:15-də start veriləcək.