
"Real"ın futbolçusunun evinə silahlı basqın
- 02 Sen 2022 12:42
- 410
Silahlı şəxslər "Real"ın futbolçusu Dani Karvahalın evini qarət etmək istəyib.
Rekord.az xəbər verir ki, 3 soyğunçu 30 yaşlı müdafiəçinin Boadilya del Monte şəhərindəki mənzilinə soxulub.
Qarətçilər həyəcan siqnalı işə düşdükdən sonra qaçıblar. İspaniyalı oyunçu həmin vaxt evdə olmayıb. Yerli polis məsələni araşdırmağa başlayıb.
Qeyd edək ki, daha əvvəl "Barselona"dan "Çelsi"yə keçən Pyer-Emerik Obameyanq İspaniyadakı evində silahlı hücuma məruz qalıb.