İspaniyanın “Real” klubunun futbolçusu Toni Kroos karantinə alınıb.

Rekord.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Alman yarımmüdafiəçi koronavirusa yoluxmuş şəxslə təmasda olduğu üçün karantinə alınıb.

Kroosun koronavirus testlərinin nəticəsi neqativ olub.