
"Real"ın Benzema ilə bağlı qərarı
- 03 Sen 2022 17:00
- 430
“Real” futbolçusu Kərim Benzema ilə müqaviləni uzadacaq.
Rekord.az xəbər verir ki, yeni anlaşma 2024-cü ilin yayına qədər nəzərdə tutulacaq.
Fransalı hücumçunun indiki sözləşməsi 2023-cü ilin yayında başa çatacaq. İspaniya klubunun prezidenti Florentino Peres və baş məşqçi Karlo Ançelotti Benzemanı toxunulmaz hesab edir.
Qeyd edək ki, 34 yaşlı forvard cari mövsümün 4 matçında 4 qol vurub.