
“Real”dan növbəti transfer
- 10:30
- 32
"Real" "Benfika"nın futbolçusu Alvaro Karrerasın transferini rəsmən açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı sol cinah müdafiəçisi İspaniya təmsilçisi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb. Bu transfer Madrid klubuna 50 milyon avroya başa gəlib.
Karreras "Real"ın yetirməsidir. O, ötən yay İngiltərənin "Mançester Yunayted" klubundan 6 milyon avroya Portuqaliyanın "Benfika" komandasına keçmişdi.