“Real”da ciddi itki
- 18:00
- 33
“Real” İspaniya La Liqasının 24-cü turunun “Real Sosyedad”la matçına ciddi itki ilə çıxacaq.
Rekord.az xəbər verir ki, Kilian Mbappe “kral klubu”na kömək edə bilməyəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.
Fransalı hücumçunun dizində zədə var. 27 yaşlı forvard komandanın son iki məşqində iştirak etməyib. “Real Sosyedad”la oyun fevralın 14-də, saat 00:00-da start götürəcək.
Mbappe bu mövsüm “Real”In heyətində meydana çıxdığı 31 rəsmi matçda 38 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.