
“Real” yeni hücumçu transfer etdi
- 12 İyl 2025 21:30
- 44
"Real" "Almeriya"nın hücumçusu Rəşad Fettalı transfer edib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçu əvvəlcə Madrid təmsilçisinin ikinci komandası "Kastilya"nın heyətində çıxış edəcək.
Fettal 2020-ci ildən "Almeriya" klubunun sistemində idi. O, əsas komandanın heyətində 21 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Fettal əvvəllər İspaniyanın U-18 yığmasında çıxış etsə də, sonradan Mərakeşin U-20 millisini təmsil etməyə başlayıb.