“Real” Konatenin transferini açıqladı
- 16:00
- 30
"Real" İbrahima Konatenin transferini açıqlayıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.
Fransanın "Soşo" klubunun akademiyasının yetirməsi olan 27 yaşlı müdafiəçi 2021-ci ildən "Liverpul"un formasını geyinirdi. O, İngiltərə komandasının heyətində meydana çıxdığı 183 matçda, 7 qol və 4 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, "Transfermarkt" portalı İbrahima Konatenin dəyərini 45 milyon avro qiymətləndirir.