
“Real” 23 illik rekordunu yenilədi
- 11:30
- 57
Klublararası dünya çempionatının 1/4 final matçında Dortmund "Borussiya"sını 3:2 hesabı ilə məğlub edən "Real" (Madrid) bir mövsümdə oyunların sayına görə ölkə rekordunu yeniləyib.
Rekord.az xəbər verir ki, bu görüş "Real" üçün 2024/2025 mövsümündə 67-ci olub ki, bu da İspaniya klubları arasında tarixin ən yaxşı göstəricisidir.
"Kral klubu" 2001/2002 mövsümündə 66 oyun keçirib. İspaniyanın digər klublarından 2009/2010 mövsümündə "Atletiko", 2011/2012 mövsümündə isə "Barselona" hərəyə 64 matça çıxıblar.