"Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Markus Raşfordu komandanın əsas hücumçusu etmək istəyir.

Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis ingilis oyunçunu öz mövqeyində dünyanın ən yaxşı futbolçularından birinə çevrilə biləcəyinə əmin olduğu üçün bu qərarı verib.

O, Reşfordun klubun oyunlarında özünü daha fəal göstərməsini istəyir.

Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 6 oyuna çıxıb, 3 qol vurub və 2 qolun ötürməsini verib.