
Ramazanov “200”ə çatdı
- 17 Apr 2022 18:00
- 490
“Zirə”nin hücumçusu Ağabala Ramazanov Premyer Liqada 200-cü oyununu keçirib.
Rekord.az xəbər verir ki, hücumçunun yubileyi “Zirə”nin “Səbail”lə ev matçına (2:1) təsadüf edib.
23-cü turun qarşılaşmasına qədər 199 oyunun iştirakçısı olan forvard start heyətində meydana çıxıb. O, bu görüşlərdə 37 qola imza atıb.
2020-ci ilin əvvəlindən “Zirə” forması geyinən Ağabala "qartallar"ın heyətində 45 matçda 12 dəfə rəqib qapılarına yol tapıb.