
Raillə Ruslan 1 aydır məşqçi işləyir
- 13 Apr 2022 12:00
- 688
Ruslan Əmircanovun karyerasını bitirdiyi "Şamaxı" - "Neftçi" oyununun start fitindən öncə rəsmən açıqlandı.
Rekord.az xəbər verir ki, Əmircanov “football-plus.az” saytına açıqlamasında məşqçi kimi fəaliyyət göstərdiyini söylədi:
"Komandanın adının dəyişməsinin heç bir önəmi yoxdu. Rəhbərlik, futbolçular eynidi. Əsas odu, hamı bilir ki, "Keşlə" "Şamaxı"dı. Yeni adla ilk oyunda karyeramı bitirmək təsadüfən oldu. Yəni bununla heç bir əlaqəsi yoxdu. Raillə birgə bir müddətdi məşqlərə qoşulmurduq. Sənan müəllimin köməkçisi kimi fəaliyyət göstəririk. Amma bu, rəsmən açıqlanmayıb. Bir aydan çoxdu müqaviləmə xitam verilib. Ondan sonra mövsümün sonuna qədər məşqçi kimi müqavilə bağladıq. Zaur İsmayılov, Rail Məlikov, Camaləddin Əliyev və mən baş məşqçinin köməkçiləriyik. B kateqoriyasını da aldım. Artıq məşqçilik karyeram baxımından bütün qapılar açıqdı".