"Sabah"ın futbolçusu Umarali Rahmonaliyevin dəvət aldığı Özbəkistan yığması FİFA Seriyası çərçivəsində Venesuela milli komandası ilə üz-üzə gəlib.


Rekord.az xəbər verir ki, qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb.


Qalibin adı penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Özbəkistan yığması 5:4 hesablı qələbəyə sevinib.


Rahmonaliyev matçı ehtiyat oyunçular skamyasından izləyib.