"İdman" TV-də yayımlanan "Bilinməyən mən" verilişində qonaq olan məşhur karateçi Rafael Ağayev maraqlı fikirlərlə diqqət çəkib.

Rekord.az xəbər verir ki, Ağayev karatedə qazandığı hədsiz naliyyətlərə baxmayaraq, futbola olan xüsusi sevgisindən də bəhs edib.

Burada atasının da rolunu qeyd edib: "Atam özü də futbolla məşğul olub. Mənim özüm də futbollu hədsiz sevirəm, elə indinin özündə də azarkeşlik edirəm, özüm də oynayıram. Əgər ikinci dəfə həyata gəlsəydim, futbolu seçərdim".