
Qvardioladan Silva açıqlaması
- 30 Avq 2022 12:42
- 413
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi Bernardo Silvanın komandada qalacağını təsdiqləyib.
Rekord.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə belə deyib:
“Bernardo Silva “Mançester Siti”də qalacaq, mən bunu açıq şəkildə bildirdim. Bir çox cəhətdən bizim üçün əvəzolunmazdır.
O, üç, dörd və ya beş mövqedə oynaya bilən vacib oyunçudur”.
Daha əvvəl 28 yaşlı portuqaliyalı futbolçu ilə “Barselona” və PSJ-nin maraqlandığı deyilirdi.
Silvanın artıq Kataloniya klubu ilə müqavilənin şərtlərini razılaşdırdığı, lakin “Mançester Siti”nin futbolçunu buraxmaq istəmədiyi bildirilir.