
Qvardioladan Levandovski açıqlaması
- 07 İyn 2022 13:43
- 449
Xosep Qvardiola Robert Levandovskinin "Barselona"ya mümkün keçidi ilə bağlı danışıb.
Rekord.az "Marca"ya istinadən xəbər verir ki, "Mançester Siti"nin çalışdırıcısı bu məsələ barəsində belə deyib:
"Söhbət Levandovskidən gedirsə, onun karyerası göz önündədir. Polşalı hücumçu istənilən komandaya uyğunlaşa bilir. "Bavariya"nın onun gedişinə əngəl olub-olmayacağını isə deyə bilmərəm".
51 yaşlı ispaniyalı çalışdırıcı 2013-2016-cı illərdə Münhen klubunda işləyərkən Levandovski onun rəhbərliyi altında oynayb.