İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Rekord.az xəbər verir ki, 51 yaşlı mütəxəssis buna növbəti dəfə turnirin yarımfinal mərhələsinə vəsiqə qazanmaqla nail olub.

Qvardiola 9 fərqli mövsümdə bunu bacaran ilk baş məşqçi olub. O, 4 dəfə İspaniyanın "Barselona" komandasını, 3 dəfə Almaniyanın "Bayern" komandasını, 2 dəfə isə "Mançester Siti"ni yarımfinala yüksəldib. İspaniyalı mütəxəssis hərəyə 8 dəfə yarımfinala adlayan Karlo Ançelotti və Joze Mourinyonu geridə qoyub.

"Mançester Siti" 1/4 final mərhələsində iki oyunun nəticəsinə əsasən (1:0, 0:0) İspaniyanın "Atletiko" (Madrid) klubunu mübarizədən kənarlaşdırıb.