
Qvardiola onu "əvəzedilməz" adlandırdı
- 04 Sen 2022 16:00
- 381
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının əvəzolunmaz futbolçusunun adını açıqlayıb.
Rekord.az xəbər verir ki, "Sky Sports" 51 yaşlı çalışdırıcının dediklərini belə çatdırıb:
“Komandada De Bruyneni əvəzləmək çox çətin olacaq. Bu mümkün deyil. Klubun skautları gərək çox diqqətlə çalışıb komandaya onun kimi futbolçu tapsınlar”.
Xatırladaq ki, De Bruyne bu mövsüm 1 qol vurub və 3 məhsuldar ötürmə edib.