Deyəsən, qusarlıların stadion həsrəti yaxın vaxtlarda başa çatacaq.

Rekord.az "Futbol plus"a istinadla xəbər verir ki, Şövkət Orduxanov adına Qusar şəhər stadionunda tikinti işlərinə start verilib.

Məsələyə aydınlıq gətirmək üçün rayonun futbol veteranı, üzün müddət “Şahdağ”ın baş məşqçisi olan Kamran Əlibabayevlə əlaqə saxladıq. Mütəxəssis söylənilənləri təsdiqlədi:
 

“Artıq bir müddətdi ki, arenada təmir-tikinti işlərinə başlanılıb. Stadion, demək olar, sıfırdan tikilir. Tribunalar sökülüb yenidən quraşdırılır, meydanın ölçüləri götürülüb. Bütün işlər AZENCO şirkəti tərəfindən həyata keçirilir. Yeni stadionun azarkeş tutumunun nə qədər olacağı ilə bağlı hazırda məndə dəqiq informasiya yoxdu. Ancaq onu da bildirim ki, ilkin layihədə arenada 2500 oturacağın quraşdırılacağı planlaşdırılmışdı. Böyük ehtimalla elə də olacaq”.