Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Qusar Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş "Üzməyi öyrənək" layihəsi çərçivəsində üzgüçülük idman növü üzrə 1-5 -ci sinif şagirdləri arasında yarış keçirilmişdir.

Rekord.az xəbər verir ki, 16 oktyabr 2023-cü il tarixdə Qusar Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan “Üzməyi öyrənək” layihəsi çərçivəsində təlim-məşqlərə start verilmiş və 1 ay ərzində həftədə 3 dəfə olmaqla keçirilən təlim-məşqlərin yekunu olaraq iştirakçılar arasında yarış təşkil olunmuşdur.

Yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirilmiş və start verilmişdir.

Yarışda Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, Qusar Olimpiya İdman Kompleksin rəhbərliyi və məşqçi müəllimlər iştirak etmişlər.

Qusar Olimpiya İdman Kompleksin direktoru Elşən Məmmədov yarış iştirakçılarını salamlayaraq idmançılara uğurlar arzulamışdır.

50 nəfər idmançının iştirak etdiyi üzgüçülik idman növü üzrə yarışların keçirilməsində məqsədi bu idman növünə marağının artırılması və rayonda inkişaf etdirilməsidir.

Sonda qalib gəlmiş idmançıları təşkilatçıları tərəfindən müvafiq dərəcəli diplomlar ilə mükafatlandırılmışlar.