Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kikboksinq idman növü üzrə Qusar rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışlar dörd yaş gurupu üzrə 14 çəki dərəcəsində aparmışdır.

İlk öncə Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov kikboksinq idman növü üzrə məşqçi-müəllim Elşən Şükürovu və yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulamışdır.

Yarışda hər çəki üzrə I, II və III yerləri tutmuş idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları ilə mükafatlandırılmışdır.