
Qusarda keçirilən Qızlar Futzal Kubokunun qalibi məlum oldu
- 20 Apr 2023 15:15
- 373
Bu yaxınlarda Qusar Olimpiya İdman Kompleksində AFFA tərəfindən Qızlar Futzal Kuboku təşkil olunub.
Rekord.az xəbər verir ki, 14 yaşadək qızların mübarizə apardığı yarışda rayonun 12 komandası çıxış edib.
Yekunda qalib adını finalda Gədəzeyxur komandasını 1:0 hesabı ilə məğlub edən Hil futzalçıları tutub.
3-cü yerə isə Bədişqala layiq görülüb.
Turnirin ardından mükafatlandırma mərasimi keçirilib. AFFA rəsmiləri, U-17 və U-15 yığmalarının baş məşqçiləri və kompleks rəhbərliyi hakimləri, yarışın ən yaxşı futzalçısını diplom və qiymətli hədiyyələrlə, ilk 3 yerin sahiblərini qızıl, gümüş və bürünc medallarla təltif edib. Qalib komandaya həm də Futzal Kuboku təqdim olunub.